Bülbüloğlu Rusiyadakı azərbaycanlılara müraciət etdi - VİDEO

Bülbüloğlu Rusiyadakı azərbaycanlılara müraciət etdi - VİDEO
17:58 12 Aprel 2020
215 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlı vətəndaşlara müraciət edib.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfir bildirib ki, koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır.

“Aprelin 20-nə kimi Azərbaycana giriş tamamilə dayandırılıb. Bununla bağlı sizdən artıq dərəcədə xahiş edirəm ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün heç bir şərait yoxdur. Sərhəd nə bir xahişlə, nə də təzyiqlə açılmayacaq. Ayın 20-dən sonra vəziyyətdən asılı olaraq sərhəd ya açılacaq, ya da bir müddət bağlı qala bilər. Ona görə, sizdən artıq dərəcədə xahiş edirəm sərhədə getməyin. Mənim sözlərimi anlayışla qəbul edin. Bilirəm çətindir. Amma təmkinli olmaq lazımdır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR