"Report"un məlumatına görə, 33 yaşlı qrossmeyster təşkilatçı Pepe Kuensaya və "Chess24es" portalına təşəkkürünü bildirib. "Darıxdırıcı başlanğıc və çılğın sonluq! Növbəti görüşdə Antona uğurlar arzulayıram" - deyə Rəcəbov vurğulayıb.
Qeyd edək ki, Teymur Rəcəbov 1/4 finalda David Antona 6:7 hesabı ilə uduzub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.