Bakıda qadın sürücü qəzada xəsarət aldı

Bakıda qadın sürücü qəzada xəsarət aldı
23:57 12 Aprel 2020
177 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Əliyeva Zülfiyyə Rafiq qızı idarə etdiyi “Range Rover” markalı, “99-PB-039 dövlət qeydiyyat nişanlı avtomobillə C.Hacıbəyli küçəsində hərəkətdə olarkən H.Ələsgərov küçəsi ilə hərəkət edən 2000-ci il təvəllüdlü Möhsümzadə Vaqif Allahverdi oğlunun idarə etdiyi “Honda” markalı, “90-TE-812 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. “Range Rover” bundan sonra zərbənin təsirindən ağaca çırpılıb. Hadisə nəticəsində Z.Əliyeva xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
“Honda” markalı avtomobilin sürücüsü V.Möhsümzadənin sözlərinə görə, hadisəyə “Range Rover”in sürücüsünün qadağan olunmuş istiqamətdə hərəkət etməsi səbəb olub.  
Ramin Şahbazov 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadin-surucu-qezada-xesaret-aldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR