Müqavilələri iyunun 30-dək olan futbolçuların taleyinə aydınlıq gəldi

Müqavilələri iyunun 30-dək olan futbolçuların taleyinə aydınlıq gəldi
00:32 13 Aprel 2020
201 Digər
Ölkə mətbuatı
A- A+

Müqavilə müddətləri iyunun 30-da bitəcək futbolçuların klublarını tərk etmələrinə icazə veriləcək.
"Report" xəbər verir ki, bu barədə FIFA-nın hüquq direktoru Emilio Qarsiya Silvero AS nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, transfer pəncərəsi iyulun 1-də açılmayacaq. 
Bununla yanaşı, Silvero ali futbol qurumunun iyunun 30-dan sonrakı müddət üçün futbolçuların müqavilələrini uzatmaq səlahiyyətində olmadığını vurğulayıb. Hüquqşünas onu da diqqətə çatdırıb ki, transfer pəncərələrinin müddəti əvvəlki kimi olmayacaq. Bu səbəbdən, futbolçular digər komandalarda qeydiyyatdan keçə bilməyəcəklər.
"İcarə müddəti iyunun 30-da yekunlaşan oyunçu nəzəri cəhətdən öz klubuna qayıtmış sayılır. Amma qeydiyyat üçün pəncərə bağlı olacaq" deyə Silvero vurğulayıb.
Qeyd edək ki, daha əvvəl FIFA klublara futbolçuların başa çatan müqavilələrini mövsümün faktiki sonunadək uzatmağı məsləhət görüb. Təşkilat koronavirus pandemiyasının tətbiqi ilə əlaqədar dünya futbolunun əsasnaməsindəki dəyişiklikləri öz saytı vasitəsilə açıqlayıb. Presedentsiz vəziyyətlə əlaqədar ali futbol qurumu transfer pəncərəsinin müddətini təxirə salmağı qərara alıb. Pəncərənin dəqiq açılma və bağlanma tarixi gələcəkdə bəyan ediləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/muqavileleri-iyunun-30-dek-olan-futbolcularin-taleyine-aydinliq-geldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR