"Rusiyada koronavirus səbəbi ilə vəziyyət pisləşir" -

"Rusiyada koronavirusla bağlı vəziyyət hər gün dəyişir və bu vəziyyət yaxşı tərəfə doğru getmir. Hər gün daha çox ağır xəstəlik halı müşahidə olunur. Koronavirusa yoluxmuş insanların sayı artır".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi müşavirədə bildirib.

Rusiya prezidenti hökumətə koronavirusla bağlı proqnozları yeniləməyi və gündəlik məruzə etməyi tapşırıb:

"Yaxın həftələrdə koronavirusla bağlı vəziyyət müəyyənedici olacaq. Bizim fəaliyyətimiz, profilaktik tədbirlərimiz bütün səhiyyə sisteminin işinin təşkili optimal şəkildə qurulmalıdır, necə deyərlər ehtiyatla və bütün faktorlar nəzərə alınmaqla...”

O, Rusiyada, eləcə də Moskvada koronavirusla bağlı vəziyyətin hələlik pik həddə çatmadığını da vurğulayıb.

Qeyd edək ki, Rusiyada indiyə kimi 18328 nəfər koronavirusa yoluxub. 148 nəfər ölüb, 1470 nəfər sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR