Adi duz koronavirusla mübarizə vasitəsi ola bilər - Rusiyalı mütəxəssislər

Adi duz koronavirusla mübarizə vasitəsi ola bilər - Rusiyalı mütəxəssislər
23:52 13 Aprel 2020
283 Ölkə
Ölkə mətbuatı
A- A+

Adi xörək duzu koronavirusa yoluxmanın profilaktikasına qarşı vasitələrin siyahısına daxil edilə bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiya Səhiyyə Nazirliyi risk qrupunda olan insanlara burunun selikli qişasının duz həll edilmiş məhlulla yuyulmasını tövsiyə edir.

Bu barədə "Müvəqqəti metodiki tövsiyələr" buraxılışında məlumat verilib.
Orada əlləri sabunla yumaq, salfetlə silmək, maska ilə yanaşı, burunun xlorid natriy izotonik məhlulla yumaq yazılıb. Bu metod virus və bakteriyaların orqanizmə keçməsini azaldır.

Xlorid natrium hazır şəkildə fizioliji məhlul kimi aptekdə satılır, bu sistemdə istifadə olunan məhluldur.

Amma siz evdə də adi xörək duzundan izotonik məhlul hazırlaya bilərsiz. Bunun üçün 200 ml suya 1 xörək qaşığı (çox olmaz) xörək duzu həll edirsiz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/841482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR