İngiltərədə hər 3 tibb işçisindən biri virusa yoluxub

İngiltərədə tibb işçilərinə edilən 18 min 888 koronavirus testindən 5 min 733-ü pozitiv çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə ingilis "Daily Mail" qəzeti məlumat yayımlayıb. Ölkədə hər 3 tibb işçisindən birinin koronavirusa yoluxmasına səbəb isə maska, əlcək və önlük kimi qoruyucu vasitələrin tapılmaması göstərilir.

Ölkədə hal-hazırda stoklarda kritik vəziyyət yaşandığı bildirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, İngiltərə əhalisinin 23 faizi koronavirusa yoluxub.

Mənbə: DailyMail


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR