Bu gün “Bravo” daha 3700 tənha yaşlıya və əlilliyi olan şəxsə ərzaq yardımı etdi - FOTO

Bu gün “Bravo” daha 3700 tənha yaşlıya və əlilliyi olan şəxsə ərzaq yardımı etdi -  FOTO
17:57 16 Aprel 2020
246 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bravo" supermarketlər şəbəkəsi həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyasını davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və əlilliyi olan şəxslərdən ibarət daha 3700 şəxsə "Bravo" tərəfindən ərzaq yardımı edilib. Bakı, Balakən, Bərdə, Zaqatala, Yardımlı, Qax, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Lənkəran, Masallı, Lerik, Samux şəhər və rayonlarında yaşayan həmin şəxslərə ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə evlərinə aparılıb təqdim edilib.

Xatırladaq ki, dünən də 15-dək rayon üzrə 2400 tənha yaşlı və əlilliyi olan şəxsə "Bravo"dan ərzaq yardımı edilib.

Bu sosial aksiya cəmiyyətimizdə yaşlı nəsilə və həssas qruplardan olan insanlara diqqət və qayğı ilə yanaşılması kimi yüksək milli-mənəvi dəyərlərə sadiqliyi əks etirməklə, hazırkı xüsusi karantin rejimi dönəmində #evdəqal çağırışına da bir dəstəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR