Mövsümün ən sürətli futbolçularının adları

Fransanın “Le Figaro” nəşri bu mövsüm ən sürətli qaçan 3 futbolçunun adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, PSJ-nin futbolçusu Kilian Mbappe siyahıda birincidir. Fransız hücumçu bu mövsüm qarşılaşmaların birində 36 km/saat sürətlə qaçıb.

"Atletik”dən İnyaki Uilyams (35,7 km/saat) ikinci, “Arsenal”dan Pyer-Emerik Obameyanq (35,5 km/saat) isə 3-cü sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR