“Report” xəbər verir ki, bu barədə ölkənin Epidemiologiya Xidmətinin rəhbəri Xose Luis Alomia məlumat verib.
Onun sözlərinə görə, süni nəfəs cihazlarından istifadə edən 315 nəfər daxil olmaqla 1 739 pasiyent ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, ötən gün 60nəfər pandemiyanın qurbanı olub. Bununla da Meksikada koronavirus qurbanlarının ümumi sayı 546-ya çatıb.
O, qeyd edib ki, 28 126 nəfərin koronavirus testi mənfi nəticə verib.