Pakistan Milli Bankının Bakı filialının zərəri 15% artıb

Pakistan Milli Bankının Bakı filialının zərəri 15% artıb
08:47 18 Aprel 2020
183 Digər
Ölkə mətbuatı
A- A+

Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü 135 min manat zərərlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,4% çoxdur.
Yanvar-mart aylarında Pakistan bankının gəlirləri 58 min manat (38,9% az), xərcləri 195 min manat (8,5% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 3 min manat (50% çox) təşkil edib.
Bu il aprelin 1-nə Pakistan bankının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,5% çoxdur. Bunun 644 min manatı müştərilərə verilmiş xalis kreditlədir. Son 1 ildə Bakı filialının kredit portfeli 24,1% kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 5,9 dəfə artaraq 3,4 milyon manata, o cümlədən depozit portfeli 6 dəfə artaraq 3,3 milyon manata çatıb, balans kapitalı isə 4,1% azalaraq 9,6 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pakistan-milli-bankinin-baki-filialinin-zereri-15-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR