Koronavirusa görə sərbəst buraxılan məhkumu qohumu onun gəlişini qeyd edərkən bilmədən öldürdü - VİDEO

Koronavirusa görə sərbəst buraxılan məhkumu qohumu onun gəlişini qeyd edərkən bilmədən öldürdü - VİDEO
10:37 18 Aprel 2020
307 Dünya
Ölkə mətbuatı
A- A+

İordaniyada qəribə hadisə yaşanıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, koronavirusla əlaqədar olaraq vaxtından əvvəl sərbəst buraxılan məhkum onun gəlişini qeyd edən qohumlarının havaya atəş açması nəticəsində ölüb.

Koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq azadlığa çıxan 46 yaşlı məhkum Sari Salem Wardat-ın xoşbəxtliyi qısa çəkib. Belə ki, onun azadlığa çıxdığını qeyd edən qohumları havaya atəş açmaq istəyərkən səhvən onu başından vurublar.

Qeyd edək ki, 5 uşaq atası olan Wardat icazəsiz silah gəzdirmə və polisə müqavimət göstərdiyinə görə 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR