Dövlət başçımız hər bir vətəndaşının daim qayğısına qalır - DEPUTAT

Dövlət başçımız hər bir vətəndaşının daim qayğısına qalır - DEPUTAT
11:18 18 Aprel 2020
193 Digər
Ölkə mətbuatı
A- A+

"Zənnimcə, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan bir örnəkdir və uğurlu planla bu yolda davam edir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, ölkə başçısının son vaxtlar ayrı-ayrı nazirlərlə görüşüb, onlara tapşırıqlar verməsi və bunu açıq formada həyata keçirməsi ictimaiyyətdə inamı xeyli artırdı: "Vətəndaşlar bu istiqamətdə ölkə Prezidentinə səmimi minnətdarlığını ifadə etdilər. Prezidentimiz bildirdi ki, biz 200 min nəfərə 190 manat sosial yardım paketi nəzərdə tutmuşduq, ancaq indi bu rəqəmi 600 minə qaldırdıq. Dövlət təmənnasız olaraq bu məbləğin ikinci ay da ödənilməsini öz üzərinə götürdü. Vətəndaşların işini yüngülləşdirmək üçün nazirliklərə göstərişlər verdi. Vətəndaşlara verilən göstərişin məğzi isə bu idi ki, onlar bankda hesab açsınlar və poçtlarda sıxlıq yaşamasınlar. Yəni dövlət başçımız hər bir vətəndaşının daim qayğısına qalır".

Deputat hesab edir ki, dövlətin dəstəyi ilə Azərbaycan koronavirusla mübarizədən minimum itkilərlə stabil ayrılacaq: "Düşünürəm ki, cənab Prezidentin önə çıxaraq, prosesləri bilavasitə öz nəzarətində saxlaması Azərbaycanın bu bəladan daha stabil formada çıxmasına imkan yaradacaq. Bu günə qədərki proses də onu göstərir ki, vəziyyət nəzarət altındadır və hər hansısa bir panikaya əsas yoxdur. Yəni cəmiyyət narahatlıq fonunda hadisələri qiymətləndirmədi. Vətəndaşlarımız könüllü şəkildə dövlətin apardığı siyasətin dəstəkçisinə çevrildi.

Karantin rejimi ilə bağlı da prezidentimiz nəyisə malalamadan, sətiraltına salmadan birbaşa müəyyən qism insanların fəaliyyətinə davam etmələrinin yollarını düşünmək şərtilə uzadılmalı olduğunu qeyd etdi. Zənnimcə, koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan bir örnəkdir və uğurlu planla bu yolda davam edir. Biz isə cəmiyyət olaraq dövləti sona qədər dəstəkləməliyik ki, tezliklə bəlanın simptomları ölkəmizdən uzaqlaşsın və proses səngiyənə qədər sabit vəziyyətdə həyatımıza davam edək".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR