Ukraynada koronavirusdan ölənlərin sayı 130-u keçdi

Ukraynada koronavirusdan ölənlərin sayı 130-u keçdi
11:27 18 Aprel 2020
125 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada daha 8 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı 133-ə yüksəlib.
Bundan başqa, Ukraynada qeydə alınan koronavirus hallarının sayı 444 nəfər artaraq 5 106-ya çatıb.
Eyni zamanda virusa yoluxan 275 nəfər sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 330 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukraynada-koronavirusdan-olenlerin-sayi-130-u-kecdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR