Mərkəzi Bankın dövriyyədə olan notlarının dəyəri 65% artıb
Paylaş
212 baxış·1 dəq oxu
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının dəyəri 609,9 milyon manat təşkil edib. “Report” AMB-yə istinadən xəbər verir ki, bu, martın 6-ı ilə müqayisədə 239,9 milyon manat və yaxud 64,8% çoxdur. AMB-nin dövriyyədə olan notları bundan əvvəl 20 milyon manatlıq artım nümayiş etdirmişdi.