Rauf Arifoğlu: "Azərbaycan xalqı gördü ki, dövlət onun arxasındadır"

Rauf Arifoğlu: "Azərbaycan xalqı gördü ki, dövlət onun arxasındadır"
12:08 18 Aprel 2020
199 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə və bu mübarizəyə həm cəmiyyətin, həm də dövlətin bütün strutkurlarının cəlb olunması olduqca yüksək səviyyədədir. Hətta deyərdim ki, region dövlətlərinin əksəriyyətindən çox fərqlənirik”.

Bu fikirləri Publika.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R.Arifoğlu bildirib ki, Azərbaycanda xalqla dövlətin yekdil orqanizm kimi vahid mərkəzdən, vahid qərarlarla hərəkət etməsi müşahidə olunmaqdadır: “Bu, çox qürurverici haldır. Çünki region dövlətlərinin əksəriyyətində cəmiyyətdə panika yaşanır. Bir sistemsizlik sezilir. Bu da istər-istəməz koronavirusla mübarizədə ən neqativ hal kimi özünü göstərir. Panika, sistemsizlik, dövləti eşitməmək virusun yayılması üçün ən münbit şəraitləri yaradır. Azərbaycanda isə bu yoxdur. Üstəlik, prezidentin rəhbərliyi ilə bütün dövlət strukturları böyük fədakarlıqlar edir. İlk gündən xüsusi karantin rejimi tətbiq olunub. Azərbaycanın həkimləri, polisləri, FHN əməkdaşları, gömrük işçiləri, icra strukturları, jurnalistlər başa düşür ki, indi sıra fədakarlıq etməkdədir. İndi zaman hər kəsin öz potensialını ortaya qoymasındadır. Və bu cəmiyyətin taleyi bu peşə fəaliyyətləri ilə məşğul olan hər bir insandan asılıdır”.

Baş redaktorun sözlərinə görə, sosial siyasət pandemiya dövründə Azərbaycanda yüksək səviyyədə təşkil olunub: “Prezidentin addım və çıxışları həm də maarifləndirici təsir bağışlayır. Eyni zamanda da dövlətin fədakarlıqları görülür. Artıq qərar verilib ki, pandemiya dövründə 200 min nəfər yox, 600 min nəfərə yardım edilsin. Bu kontingentə 3 milyarda yaxın vəsait cəlb olunacaq. Azərbaycan xalqı da bununla gördü və anladı ki, dövlət onun arxasındadır. O dövlət qüdrətlidir və istənilən situasiyada dövlət xalqının əlini buraxmır. Xalqın sağlamlığı, təhlükəsizliyi və rifahı üçün vuruşur. Böyük maddi qurbanlar verir ki, insanların həyatı qurban getməsin. Bu da bir jurnalist, vətəndaş və müşahidəçi kimi məndə qürur hissi yaradır”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR