“Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaşları qəbul edib

“Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaşları qəbul edib
14:02 18 Aprel 2020
213 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Respublikanın Cənub bölgəsində yaşayan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Lənkəran Regional qaz istismarı İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb.
Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər. Bağlantı yaradılan otaqda isə onlar məsafə saxlanılmaqla yerləşdirilib. Qəbulda bölgənin 20-yə yaxın vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər.
Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən istifadə etdikləri sayğacların əvəzlənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.
Sonda Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə dərhal həll edilməsi mümkün olan məsələlərin vaxtında icrası tapşırılıb. Xüsusilə karantin rejimi dövründə abonentlərin müraciətlərinə operativ və anlayışla yanaşılması göstərişi verilib.

Ruslan Əliyev



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-in-bas-direktoru-videobaglanti-ile-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR