Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə ABŞ çempionatının bərpa müddəti uzadılıb. "Report"un məlumatına görə, MLS rəhbərliyi çempionatın başlamasının iyunun 8-dək uzudıldığını açıqlayıb. Qeyd edək ki, MLS-də çempionat koronavirusa görə dayandırılıb, yarış ilk olaraq aprelin 13-dək, sonra isə mayın 10-dək təxirə salınmışdı.