Afrikada COVID-19-dan ölənlərin sayı 1 000-i keçdi

Afrikada COVID-19-dan ölənlərin sayı 1 000-i keçdi
14:52 18 Aprel 2020
196 Digər
Ölkə mətbuatı
A- A+

Afrikada yeni növ koronavirusdan ölənlərin sayı 1 016 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Afrika Birliyi rəsmi saytında məlumat yayıb.
Hazırda Afrika ölkələrində koronavirusa yoluxanların ümumi sayı 19 895 nəfərdir, 4 622 nəfər isə sağalıb. Ümumilikdə Afrikanın 52 ölkəsində yoluxma halları qeydə alınıb.
Ən çox yoluxma Şimali Afrikada qeydə alınıb - 8 746 nəfər. “Qara qitə”nin şimalında virusdan 743 nəfər ölüb, 1 829 nəfər sağalıb. Ölkələr üzrə ən çox yoluxma halları Misirdə (2 844), Cənubi Afrika Respublikasında (2 783) və Əlcəzairdə (2 418) baş verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/afrikada-covid-19-dan-olenlerin-sayi-1-000-i-kecdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR