Allah İlham Əliyevdən razı olsun, böyük işlər görür - AKP üzvündən ÖZƏL AÇIQLAMA

Allah İlham Əliyevdən razı olsun, böyük işlər görür - AKP üzvündən ÖZƏL AÇIQLAMA
17:48 18 Aprel 2020
225 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyədə olduğu kimi, Azərbaycanda da ciddi itkilər olmadan pandemiyanın öhdəsindən gəlinəcəyini düşünürük".

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Ədalət və inkişaf Partiyasından Ərzurum millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü İbrahim Aydəmir deyib.

Milət vəkili bildirib ki, Türkiyədə pandemiyaya qarşı ciddi mübarizə aparılır və nəticə də əldə edilir: "Türkiyə Səhiyyə Nazirliyinin infrastrukturunun bənzərinə hələ-hələ rast gəlinmir. Buna görə də mübarizədə böyük üstnlüyümüz var. Məhz bu səbəbdən müalicə alan və şəfa tapanların sayı getdikcə artmaqdadır. Ölümlər də qeydə alınır, amma qarşıdakı günlərdə yoluxmaların sayının aşağı düşməyə başlayacağı gözlənilir. Xüsusilə, həftəsonu küçəyə çıxma qadağasının böyük effekti görünür. Bundan başqa, 20 yaşdan aşağı, 65 yaşdan yuxarı vətəndaşların küçəyə çıxma qadağasının da pandemiyanın qarşısının alınmasına böyük ölçüdə təsiri var.

Azərbaycana gəlincə, bizim ürəyimizsiniz. Türkiyə ilə Azərbaycan arasında heç bir fərq qoymuruq. Cənab prezident İlham Əliyevin təşəbbüs və cəhdlərini təqdirlə izləyirik. Allah ondan razı olsun ki, həm Azərbaycan xalqı, həm də bütün türklər üçün işlər görür. Bizim də ürəyimizdə sizə yer var".

İ.Aydemir qeyd edib ki, Türkiyə hökuməti lazım olduğu təqdirdə Azərbaycandan heç bir köməyini əsirgəməyəcək: "Türkiyə hazırda koronavirusa qarşı mübarizə aparmaq məqsədilə yerli və milli imkanlar daxilində tibbi ləvazimatlar və cihazlar istehsalına başlayıb. Mən bilirəm ki, Azərbaycandan tələb gəldiyi təqdirdə, cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan əsla və qətiyyən heç bir şeyi Azərbaycandan əsirgəməz. Bizim üçün Azərbaycanla Türkiyənin fərqi yoxdur. Azərbaycanın nəyəsə ehtiyacı varsa və o ehtiyac Türkiyədədirsə, mütləq şəkildə Azərbaycana göndərilər".

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR