Avtomobil qaçıran Xırdalan sakinləri saxlanıldı

Avtomobil qaçıran Xırdalan sakinləri saxlanıldı
18:03 18 Aprel 2020
181 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı saxlanılıblar.

Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı NBPİ Biləcəri XPŞ-nin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/311204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR