Türkiyədə 107 yaşlı qadın koronavirusdan sağaldı - BUNUN SAYƏSİNDƏ

Türkiyədə 107 yaşlı qadın koronavirusdan sağaldı - BUNUN SAYƏSİNDƏ
21:33 18 Aprel 2020
172 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə koronavirusun ən çox yayıldığı şəhər olan İstanbulda 107 yaşlı Havahan Karadeniz adlı qadın koronavirusa qalib gəlib.

Publika.az Milliyet-ə istinadən xəbər verir ki, güclü öskürək və yüksək temperaturdan şikayət edən qadın aprelin 7-də İstanbul Elmi-Tədqiqat Klinikasına yerləşdirilib. Onun koronavirus testi müsbət olub. Bir həftə müddətində stasionar müalicə alan ahıl qadın güclü immun sistemi sayəsində virusa qalib gəlib. Həkimlər onun həyatına təhlükə olmadığını və müalicəsini ev şəraitində karantində olmaqla davam etdirə biləcəyini bildiriblər.

Ambulator müalicəyə yazılan 107 yaşlı qadın sağlam həyat tərzi və qidalanmağın insanı bir çox xəstəliklərdən qoruduğunu deyib.

Qeyd edək ki, H.Karadenizin dörd övladı, on bir nəvəsi və on beş nəticəsi var. Onun nəvələrindən biri tezliklə baba olacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/311213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR