"Report"un Rusiya mətbuatına istinadən məlumatına görə, onun ölümünə koronavirus infeksiyası səbəb olub.
Bildirilib ki, 2 həftə öncə virusa yoluxan M. Şvartsman xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İtaliyanın "Prema Racing" komandasının pilotu olan Robert Şvartsman bu ildən "Formula 2" yarışlarında iştirak edir. O, 2019-cu ildə "Formula 3" üzrə dünya çempionu olub.