Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alındı

Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alındı
23:02 18 Aprel 2020
164 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda koronavirusdan növbəti ölüm halı baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bununla ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 4-ə çatıb.
Ölüm faktı Batumidə qeydə alınıb. Vəfat edən şəxs digər xəstəliklərdən də əziyyət çəkirmiş.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-koronavirusdan-novbeti-olum-fakti-qeyde-alindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR