Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı və rifahı dayanır - ŞƏRH

Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı və rifahı dayanır - ŞƏRH
10:03 19 Aprel 2020
212 Digər
Ölkə mətbuatı
A- A+

"Biz 10 milyon əhalisi olan ölkə olmağımıza baxmayaraq, əhəmiyyətinə görə digər böyük dövlətlərlə müqayisə ediləcək səviyyədəyik".

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

QHT sədri Azərbaycanın koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirləri belə təhlil edib: "Ölkə prezidentinin koronavirus pandemiyası başlandığı andan etibarən atdığı addımlar xalqın rifahının və sağlamlığının qorunması üçün həyata keçirilir. Dövlət başçımızın rəhbərliyi altında koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər ictimaiyyət və vətəndaş cəmiyyəti tərəfindən çox yüksək səviyyədə dəyərləndirildi. Mübarizəni üç mərhələyə bölmək olar - Pandemiyanın ölkəmizə ayaq açması, Operativ Qərargahın yaradılması, ölkə Prezidentinin 1 milyard vəsaiti mübarizəyə ayırması. Bundan əlavə, cənab Prezident və Birinci vitse-prezidentin illik əmək haqqını pandemiyanın lokallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə ayırması mübarizənin başlanğıc nöqtəsidir. Həmçinin ictimaiyyətin humanizm kompaniyasına dəvət edilməsi və qısa müddətdə xeyli miqdarda vəsaitin koronavirusla mübarizə fonduna ödənilməsi diqqətəlayiqdir.

Bir həftə ərzində 100 milyon manat vəsaitin yığılması da ictimaiyyətin məsələyə həssas yanaşmasının təzahürüdür. Daha sonra isə Prezidentin vətəndaşlarımızın rifahını nəzərə alaraq, sosial paketlərlə bağlı tədbirlər planının həyata keçirilməsi çox mühüm bir addım idi. İşini, gəlirini itirən vətəndaşın, sahibkarın və ya digər subyektlərin bilavasitə dövlət və Prezident tərəfindən müdafiə olunması qayğının göstəricisidir".

R.Zeyni bildirib ki, Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər birbaşa Azərbaycan vətəndaşının sağlamlığına xidmət edir: "Bu, bir daha göstərdi ki, cənab Prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşının sağlamlığı və rifahı dayanır. Türk Şurasının konfransında ÜST-ün rəhbəri Azərbaycanda koronavirusla mübarizənin düzgün və lazımi şəkildə həyata keçirildiyini qeyd edərək, dövlət başçımızı təqdir etdi. Bu, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilmə deməkdir. İlham Əliyev bir çox dövlət başçılarına örnək oldu. Bu, bir daha sübut etdi ki, biz 10 milyon əhalisi olan ölkə olmağımıza baxmayaraq, əhəmiyyətinə görə digər böyük dövlətlərlə müqayisə ediləcək səviyyədəyik. Bunu anlamağımız üçün dövlətimizin həyata keçirdiyi tədbirlərə baxmaq kifayətdir".

O, vətəndaşlara ayrılan sosial paketlərin əhəmiyyətini belə izah edib: "Cənab Prezidentin sosial paket alacaq şəxslərin sayını 200 mindən 600 minə artırmağı dövlətin vəsaiti yox, xalqı düşünməsinin əyani nümunəsidir. İlham Əliyev bu məqamda həm maddi cəhətdən, həm də mənəvi cəhətdən vətəndaşını dəstəklədi ki, ruhdan düşməsin və böhrandan sağlam şəkildə ayrıla bilsin. Biz də QHT və vətəndaş cəmiyyəti olaraq bu siyasəti təqdir edirik, dəstəkləyirik və əhalini maarifləndiririk".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/311176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR