PSJ Neymara yeni beşillik müqavilə təklif edəcək

PSJ Neymara yeni beşillik müqavilə təklif edəcək
11:17 19 Aprel 2020
268 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu braziliyalı hücumçu Neymara yeni beşillik müqavilə təklif edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Tvitter" səhifəsində "La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skira bildirib.

Onun sözlərinə görə, yeni müqaviləyə əsasən, 28 yaşlı hücumçu ildə 38 milyon avro maaş alacaq.

N.Skira bildirir ki, İspaniyanın "Barselona" klubu Neymarı komandaya qaytarmaq niyyətindədir, lakin "Catalunya Radio" qeyd edir ki, pandemiyaya görə yaşanan maliyə böhranı səbəbilə Neymar yay transfer pəncərəsində "Barselona"ya keçə bilməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/843321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR