Ermənistanda ötən gün ərzində daha 43 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli mərkəzin saytında bildirilir.
Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 291 nəfərə çatıb.
"Ermənistanda koronavirusa 1 291 yoluxma təsdiq edilib. 545 pasiyent sağalıb, 20 xəstə ölüb”, - mərkəzdən bildirilibr.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 726 nəfər müalicə edilib, 12 680 test keçirilib.
Ermənistanda COVID-19-a qarşı mübarizə üçün martın 16-dan 14 maya qədər fövqəladə vəziyyət elan edilib.