“Report” “TASS”a istinadən xəbər verir ki, belə bir bəyanatla Beşinci respublikanın baş naziri Eduard Filipp çıxış edib.
Hökumət başçısı əlavə edib ki, insanların sıx olduğu digər yerlərdə də qoruyucu maskaların taxılması zəruridir.
Öz növbəsində, Səhiyyə naziri Olivye Veran bildirib ki, əhalinin ehtiyaclarını tam ödəmək üçün xüsusi parçadan hazırlanan qoruyucu maskaların istehsalı artırılıb.
“Həftə ərzində 17 milyon qoruyucu maska istehsal etməyi düşünürük. Onların əksəriyyəti yuyula və təkrar istifadə edilə bilər. Bəziləri beş dəfə, bəziləri iyirmi, bəziləri hətta 30 dəfə yuyulub yenidən istifadə edilə bilər” - deyə nazir bildirib.