ABŞ-ın keçmiş vitse-prezident Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Vayominq praymerizinin (partiyadaxili seçki) qalibi olub.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, dairələrin 100%-nin nəticələrinə görə, Bayden seçicilərin 72,2%-nin səsini qazanıb.

İkinci yerdə 27,8% səslə senator Berni Sanders qərarlaşıb.

Qeyd edək ki, Berni Sanders artıq seçkiqabağı yarışı tərk edib.