“Report” xəbər verir ki, bu barədə yerli “Le Soir” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Brüsseldəki bütün 19 kommunanın (aşağı inzibati-ərazi vahidi) rəhbərləri (Burgomaster) maskaların pulsuz paylanması layihəsinə nəzarət edən Federal Ədalət naziri Kohen Qinsin aparatından məktub alıb.
Bu məktubda maskaların pulsuz paylanması ideyasının reallaşmayacağı bildirilib. Bunun əvəzinə belçikalılara hər kəs öz maskasını tikə bilsin deyə filtirli parça veriləcək.
Hazırda Belçikada tibbi maska çatışmazlığı mövcuddur.