“Brent” markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti Londonun ICE birjasında 4,06% azalaraq, 26,94 ABŞ dollarına qədər ucuzlaşıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Bildirilir ki, WTI markalı neftin də fyuçerslərinin qiyməti 8,75% azalaraq, 22,84 ABŞ dollarına düşüb. “Qara qızıl”ın qiyməti koronavirusa yoluxanların sayının artması fonunda düşməyə başlayıb.