Daha bir məşhur koronavirusun qurbanı oldu

Daha bir məşhur koronavirusun qurbanı oldu
08:17 20 Aprel 2020
192 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada Devid Boui (Red - Rok musiqinin xamelyonu) və Şineyd Okonnor ilə birlikdə çıxış edən məşhur gitaraçı Metyu Seliqman Londonda vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Qeyd olunub ki, 64 yaşlı gitaraçı ilə bağlı aparılan koronavirusa yoluxma testi müsbət nəticə verib.
Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib.
Qeyd edək ki, hazırda Böyük Britaniyada 114 000 insanın koronavirusa yoluxduğu təsdiqlənib. Ölənlərin sayı isə 15 400 nəfərə çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/daha-bir-meshur-koronavirusun-qurbani-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR