Kanadada daha 1,4 min nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 34 786 nəfərdə COVID-19 təsdiq edilib, 1 580 nəfər dünyasını dəyişib.
Bundan başqa, müalicə alan 11,8 min nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.