Ronaldunun villasının yaxınlığındakı şəhərə giriş-çıxış bağlandı

Ronaldunun villasının yaxınlığındakı şəhərə giriş-çıxış bağlandı
10:52 20 Aprel 2020
213 Digər
Ölkə mətbuatı
A- A+

Madeyra hökuməti Kamara-di-Lobuş şəhərinin giriş və çıxışlarını bağlayıb.
“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, buna şəhərdə 12 nəfərin koronavirusa yoluxması səbəb olub.
Kamara-di-Lobuşun İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun ailəsi ilə birlikdə qaldığı villanın yerləşdiyi Funşaladan 20 km aralıda olduğu bildirilib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. 35 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında 22 oyunda meydanı çıxıb, 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ronaldunun-villasinin-yaxinligindaki-sehere-giris-cixis-baglandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR