Baş Prokurorluq Şəmkirdə arvadını öldürən şəxslə bağlı açıqlama yaydı

Baş Prokurorluq Şəmkirdə arvadını öldürən şəxslə bağlı açıqlama yaydı
11:17 20 Aprel 2020
227 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə arvadını öldürən kişi tutulub.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov "Report"a açıqlamasında bildirib ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir rayon polis şöbəsinə gələrək həyat yoldaşı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.
Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bas-prokurorluq-semkirde-arvadini-olduren-sexsle-bagli-aciqlama-yaydi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR