Bu barədə “Report”a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, bununla Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşı olub.
“Cari ilin ilk iki ayı Meksika və Azərbaycan arasındakı ikitərəfli ticarət üçün xüsusən məhsuldar olub. Bu tendensiyanın qorunacağı təqdirdə Meksika-Azərbaycan ticarəti 2020-ci ildə tarixi pik nöqtəsinə - 80 milyon ABŞ dollarına çata bilər”, - səfirlikdən bildiriblər.