“Report” “Mirror”a istinadən xəbər verir ki, qurum matçların üç gündən bir keçirilməsini təklif edir.
Müzakirə olunan daha bir fikir isə Çempionlar Liqasının yarımfinal və final oyunlarının 5 gün ərzində Türkiyənin İstanbul şəhərində, Avropa Liqasının eyni mərhələlərinin isə Polşanın Qdansk şəhərində təşkilidir.
Əsas prioritet isə ölkə çempionatlarının başa çatdırılmasıdır. Bunu UEFA prezidenti Aleksander Çeferin aprelin 21-də 55 milli assosiasiya ilə keçirəcəyi video-konfransda da bəyan edəcək. Bundan iki gün sonra isə UEFA İcraiyyə Komitəsinin iclasını keçirəcək.
Plana əsasən, Çempionlar Liqasının finalı avqustun 29-da, Avropa Liqasının həlledici görüşü bundan 3 gün sonra təşkil olunmalıdır. Gələn mövsüm avrokubokların qrup mərhələləri isə oktyabrın 20-dən tez start götürməməlidir.