Rusiya dünyanın uzaqdan idarə edilə bilən ilk tankını sınaqdan keçirdi

Rusiya ordusu "T-14 Armata" tankının qum üzərindəki manevra gücü yoxlamaq üçün Suriya torpaqlarında test edib.

Metbuat.az xəbər verir ki, Rusiya Sənaye və Ticarət Naziri Denis Manturov bu tankın dünyada bənzəri olmadığını, Suriyada keçirilən ilk sınaqların da uğurla nəticələndiyini bildirib. Manturov etdiyi ilk açıqlamada bunları deyib:

"Bu növ testlər tankın fərqli döyüş sahələrindəki müxtəlif şərtlət altında necə performans göstərəcəyini görməyimizə kömək edir. İXracat halına gəlmədən əvvəl hər hansı bir problem varsa, həll edilməsini təmin edir".

T-14 hal-hazırda dünyada yeganə üçüncü nəsil tank olma özəlliyini daşıyır. Tankın əsas özəlliklərindən biri uzaqdan idarə edilə bilməsidir.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR