Rüb ərzində "Bank BTB"nin ilk rübündə cəmi gəlirləri 7 984 min manat, cəmi xərcləri isə 7 222 min manat təşkil edib.
Bu il də müştərilərini kredit məhsulları ilə təmin edən Bank həmin dövr ərzində kredit portfelini 6% artıraraq 225 965 min manata çatdırmağa nail olub.
Həmçinin, cari rüb ərzində bankın depozit portfeli 134 040 min manata çatıb. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Hesabat dövründə balans kapitalı isə 22,8% artaraq 64 940 min manata çatıb.
Faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Belə ki, son 1 ildə "Bank BTB"nin faiz gəlirləri 1 384 min manatdan 6 623 min manata, qeyri-faiz gəlirləri isə 40 min manatdan 1 360 min manata yüksəlib.
Müqayisə olunan dövrdə "Bank BTB"nin faiz xərcləri 281 min manatdan 3 147 min manata, qeyri-faiz xərcləri isə 413 min manatdan 3 909 min manata çatıb.
Müştəri portfelini genişləndirən "Bank BTB" cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 6%, hüquqi şəxs müştərilərinin sayında 14%, plastik kartlarının sayında 3%, nağdsız əməliyyatlar üzrə dövriyyəsində isə 19% artıma nail olub.
Rüb ərzində "Bank BTB"nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 25,7%, məcmu kapitalının adekvatlıq əmsalı 26,9% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan dəfələrlə yüksək olub.
Onu da qeyd edək ki, "Bank BTB" onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.
Xatırladaq ki, "Bank BTB" 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.