Koronavirus pandemiyası qloballaşmanın sonu olacaq

Koronavirus pandemiyası qloballaşmanın sonu olacaq
13:22 20 Aprel 2020
218 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasından sonrakı dövrdə avtomatlaşdırmanın artması və qloballaşmanın səngiməsi dünyanın başlıca cərəyanları olacaq.
“Report” xəbər verir ki, “Bank of America”nın “COVID-19: 10 il sonra” adlı tədqiqatına görə pandemiyadan sonra inkişaf edən ölkələrdə iş yerlərinin orta hesabla 75 faizədək hissəsinin robotlarla əvəzlənəcəyi ehtimalı yüksəkdir. Belə ki, inkişaf edən ölkələrdə istehsalatın xüsusi çəkisi inkişaf etmiş ölkələrindəkindən daha çoxdur. Həmçinin tədarük zəncirlərində də dəyişikliklər ola biləcəyi, şirkətlərin əsas diqqəti yönəldəcəyi Asiya, Mərkəzi və Şərqi Avropa ölkələri, Türkiyə, Meksika kimi ölkələrdə yeni iş yerləri açılacağı, böyük sərmayələr yatırılacağı qeyd olunur. Bir çox inkişaf edən ölkələrin çətinliklər yaşayacaqsa da, sərmayə yatırımları üçün əlverişli imkanlara malik olduğu göstərilir.
“Finam.ru”ya görə inkişaf edən ölkələrin valyutaları ABŞ dollarına qarşı 20 faizədək ucuzlaşdırılması üzündən ABŞ-ın ixracatı rəqabətdə uduzmağa başlayır. Ekspertlərin fikrincə, inkişaf edən ölkələrin iqtisadiyyatı sarsıntılara qarşı əvvəlkindən daha dayanıqlı olsa da, bir sıra amillər onların artımını yubadacaq. Türkiyə və Argentina üçün bu amillər xarici valyutada böyük həcmdə borcları, Braziliya, İndoneziya, Səudiyyə Ərəbistanı üçün cari əməliyyatların ÜDM-ə mənfi nisbəti, Polşa üçün qeyri-rezidentlər tərəfindən sərmayələrin az olmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/koronavirus-pandemiyasi-qloballasmanin-sonu-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR