"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 94,8% və yaxud 2 dəfəyə yaxın çoxdur.
Yanvar-mart aylarında "Naxçıvan Bank"ın gəlirləri 3,975 milyon manat (illik müqayisədə 79,1% çox), xərcləri 1,367 milyon manat (29,2% çox), xüsusi ehtiyatlara ayırmaları isə 430 min manat (9,8 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 77,25 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.