Futzal yarışlarının da bərpa müddəti uzadıldı

Futzal yarışlarının da bərpa müddəti uzadıldı
13:52 20 Aprel 2020
180 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Futzal Federasiyası yarışların təxirə salınması müddətini uzadıb. 
Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub. 
Bildirilib ki, Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb. 
Federasiya oyunların başlama tarixi barədə əlavə məlumatın veriləcəyini də vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futzal-federasiyasi-yarislarin-berpa-muddetini-uzatdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR