“Onlar yaşamayan yazıqlardır, ya da şeytan!”

“Onlar yaşamayan yazıqlardır, ya da şeytan!”
14:12 20 Aprel 2020
263 Şou
Ölkə mətbuatı
A- A+

Düşünürəm ki, kimlərinsə həyatını qurdalamağa çalışan, bilərəkdən və ya bilməyərəkdən kimlərinsə həyatında söz-söhbət olmasından rahatlanan, hüzursuzluq salan "insanlar" ya öz həyatlarında o xoşbəxtliyi, sakitliyi yaşamayan yazıqlardır, ya da şeytandır!

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu sözləri İctimai Televiziyanın tanınmış səhər aparıcısı Azər Süleymanlı sosial şəbəkədə yazıb.

Aparcı şəxsi həyatına müdaxilə etməyə və şər-böhtan atmağa çalışan aravuran adamlardan gileylənib:

"Amma əminəm ki, (bu dəfə düşünmürəm - əminəm!) o balaca adamlar çəkdirdiklərini artıqlamasıyla çəkmədən, yaşatdıqları ahın yüz qatını inildəmədən nə bu dünyalıq, nə də o dünyalıq olmayacaqlar! Baxıram və acıyıram!..."

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/843581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR