Ağsaqqal Fazil Məhəmmədov: Möhtərəm Prezident, bu qayğıya görə Sizə minnətdarıq

Ağsaqqal Fazil Məhəmmədov: Möhtərəm Prezident, bu qayğıya görə Sizə minnətdarıq
14:18 20 Aprel 2020
204 Digər
Ölkə mətbuatı
A- A+

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayaraq dövlətimizin başçısının gördüyü işlərin rayondakı yaşlı nəslin nümayəndələri tərəfindən də minnətdarlıq hissi ilə qarşılandığını vurğulayıb.

Publika.az xəbər verir ki, o, məktubunda yazır: “Möhtərəm cənab Prezident, xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu bir daha nümayiş etdirdi. Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/311335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR