"Bu mövsüm şanslı idik, payızda virus mütləq görüləcək və qriplə birləşsə..." -

ABŞ prezidenti Donald Tramp ölkədə bir daha koronavirus epidemiyası yaşanmayacağını müdafiə edib, mütəxəssislər isə virusun payızda yenidən üzə çıxacağını bildiriblər. Bu fikir mübadiləsi "Ağ Ev"də keçirilən mətbuat konfransında baş tutub.

Metbuat.az xəbət verir ki, konfransda ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi (CDC) direktoru Robert Redfildin daha öncə mediada səsləndirdiyi "virusun ikinci dalğası daha pis ola bilər" fikri müzakirəyə səbəb olub. Tramp konfransda çıxışı zamanı bu fikrin yalnış anlaşıldığını deyib:

"Redfild sadəcə virusun qriplə birləşmə ehtimalına dair qrip peyvəndi məsələsində xəbərdarlıq etmək istəmişdi".

Bundan sonra konfransda Redfild söz alıb və belə qeyd edib:

"Mən sadəcə gələcək payızda ya da qışda koronavirus dalğasının daha çətin və qarışıq ola biləcəyini demişəm, daha pis olacağını deyil. Bu il şanslı idik, çünki koronavirus başladığında qrip mövsümü bitmişdi. Amma gələn il ikisi birləşsə, nəfəs yollarına təsir göstərən iki xəstəliyimiz olacaq".

Mənbə: cnn.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR