Tovuz rayonunda kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxslərə qarşı əməliyyat keçirilib

Tovuz rayonunda kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxslərə qarşı əməliyyat keçirilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Qədirli kəndi ərazisində keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Xatınlı kənd sakinləri C.Hüseynov və A.Mustafayev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 168 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

C.Hüseynov A.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR