DTX tərəfindən saxlanılan İmişli rayon icra başçısı kimdir? -

DTX-nin saxladığı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 8 ildən çoxdur bu vəzifəni icra edir.

Metbuat.az Vilyam Hacıyevin dosyesini təqdim edir:

Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olmuşdur.

1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyəti:

- 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
- 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri;
-02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini;
-26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı;
14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR