Çin iqtisadiyyatında son 28 ildə bir ilk yaşandı

Çinin Vuhan şəhərində meydana gələn "COVİD-19" virusundan sonra ölkədə 28 ildən sonra ilk dəfə iqtisadiyyatda geriləmə müşahidə olunub.

Metbuat.az xəbər verir ki, yaşları 16-59 yaş arasında olan 890 milyon insanın işçi statusunda olduğu Çində fabrik və iş yerlərinin bağlanması bir yandan ölkə iqtisadiyyatının geriləməsinə, digər tərəfdən də ölkədə işsiz sayının artmasına səbəb olub.

Çin Beynəlxalq Statistika Bürosunun (NSB) sonaçıqlamasına görə, ölkə iqtisadiyyatı epidemiyanın təsiri ilə bu ilin ilk 4 ayında 6,8% geriləyib. Bu rəqəm ötən ilin son 4 ayına görə 9,8%-dir.
Ölkədə yanvarda işsiz sayı 5,3%, fevralda 6,2%, martda isə 5,9% artıb. Ölkədəki ümumi işsiz sayı isə açıqlanmayıb.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR