Koronavirusda ŞAD XƏBƏR: Bu ölkədə virusun sona çatdığı rəsmi olaraq açıqlandı

Daha bir Avropa ölkəsi Sloveniyada yeni növ koronavirus epidemiyası başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sloveniya höküməti rəsmi açıqlama yayımlayıb. Açıqlamada son iki həftə ərzində ölkədə virusa yoluxma sayının azalmasından sonra bu qərarın verildiyi qeyd edilib.

Bildirilib ki, Avropa Birliyindən ölkəyə gələn şəxslər daha karantinə alınmayacaq.

Qeyd edək, ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 1464-dür. Onlardan 103 nəfər virus səbəbindən həyatını itirib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR