Xəzər dənizinin suyunun monitorinqi məqsədilə analizlər aparılır

Xəzər dənizinin suyunun monitorinqlərinin keçirilməsi üçün bir necə məntəqədə analizlər aparılır.

Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, iyunun 1-də Abşeron bölgəsi üzrə keçirilən analizlərin cavabı hazır olacaq və ictimaiyyətə məlumat veriləcək.

M.Babayev əlavə edib ki, karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib: "Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR